İmam Zamanın (ə.c) həyatı neçə dövrədən ibarətdir?
İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:
1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü doğum günündən atası İmam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.
2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, İmam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:
a) Kçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri-qəməri ilində İmam Həsən Əskərinin (ə) şəhadətə yetməsi ilə İmam Mehdinin (ə) İmamlıq dövrü və bu tarixdən etibarən, o həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri-qəməri ilinə qədər, təxminən, 70 il davam etdi.
b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri-qəməri ilindən başlanmışdır və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.
3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci İmam (ə.c.) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, haqq və ədalətlə dolduracaqdır. Heç kim o İmamın (ə.c.) nə vaxt zühur edəcəyini bilməz və rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir./Maidə.az