Sosial şəbəkələrdə fotolarını paylaşan xanımlara maraqlı sual?
Sosial şəbəkələrin son illər ərzində dünya insanın həyatına yüksək sürətlə daxil olması və sanki artıq insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi günü-gündən daha da ciddi sosial və psixoloji problemlərə yol açır.
İslaminSesi.info - Xüsusilə bu problem xanım istifadəçilərin həyatlarında özünü daha da qabarıq göstərir. Sanki virtual aləmin içərisində qərq olmağımız, real həyatı bizlərə unutdurub və real həyatda görməsi mümkün olmadığımız işləri aldanaraq virtual həyatda, xüsusilə sosial şəbəkələrdə çox rahat formada görürük. Buna misal olaraq xanım sosial şəbəkə istifadəçilərinin hər cür tipə, sinifə və xüsusiyyət sahib milyonlarla insanın olduğu virtual mühitdə öz fotolarını çox rahat formada paylaşmasıdır.
Sizcə həmin xanımın real həyatda özünün çoxlu sayda fotolarını çıxardıb küçədə insanlara paylaması mümkündürmü? Yəni ona belə bir iş görmək təklif edilsə və ya kiminsə onun fotolarını küçədə paylamaq istədiyini desək necə qəbul edər? Əlbəttə ki, cavab mənfi... Bəs virtual aləmdə, sosial şəbəkələrdə müxtəlif pozalar verərək öz şəxsi fotolarının milyonlarla insanın əlin düşməsinə necə razılıq verirlər?