Peyğəmbərİn “Ülul-əzm” olması nə deməkdİr?
Cavab: Alimlərinin nəzərincə, bəşər tarixində 124 000 Peyğəmbər olmuşdur. Onlardan 113-ü nübüvvət məqamından əlavə, risalət, yəni fövqəladə məmuriyyətə də malik olmuşlar. Peyğəmbərlər arasında 5 nəfərin xüsusi imtiyazı və üstünlüyü vardır. Onlara “ülul-əzm” deyirlər. Ülul-əzm Peyğəmbərlərin ayinləri bütün dünyaya aid olmuşdur. Həzrət Nuh, İbrahim, Musa, İsa, Məhəmməd ülul-əzm Peyğəmbərlərdir. İlahi kitablar sırasında isə “suhufe-Nuh”, “suhufe- İbrahim”, “Tövrat”, “İncil”, “Quran” dayanır. İlk dörd kitab zaman keçdikcə dəyişikliklərə məruz qalıb müqəddəsliyini itirsə də, Qurani-Kərim həzrət Peyğəmbərə vəhy olunduğu zaman onun göstərişi ilə yazıya alınmış və dövrümüzədək artırılıb-əskildilmədən qorunmuşdur.