Qüsl alan zaman dabanların altını da yumaq lazımdır?
Cavab: Qüsl alan zamanı bədənin zahirdə görünən hər yeri su ilə islanmalıdır. Əgər iynə ucu boyda yer quru qalsa, qüsl batildir. Dabanların altını da yumaq vacibdir. Əgər unutqanlıq üzündən və ya başqa səbəb üzündən ayaqların altı yuyulmasa, həmin qüsllə qılınan namazlar öz qüvvəsini itirmiş sayılar. Əlbəttə, bu zaman qüslün ardıcıllığını qroumaq şərtdir. Yəni əvvəlcə baş və boyun yuyulduqdan sonra bədənin sağ tərəfi tamamilə yuyulmalıdır. Bu zaman ayağı qaldırıb altını da yumaq lazımdır. Bundan sonra bədənin sol tərəfi – ayağın altı da daxil olmaqla – tam yuyulmalıdır./ixlas.