Meyyitə qüsl verməyə kömək edən adamla əl verib görüşən şəxs də qüsl verməlidirmi?
Cavab: Şəriətə görə, cənazə soyuduqdan sonra ona meyyit qüslü verilənə kimi kimsə toxunsa, boynuna qüsl gəlir. Buna “məssi-meyyit qüslü”, yəni cənazəyə toxunmaq qüslü deyirlər. Əsasən, cənazəni yuyan adamların boynuna bu qüsl gəlir. Amma qüslə səbəb olan bu hal başqası ilə görüşməklə və sairə yollarla ötürülə bilməz. Yəni insan məssi-meyyit qüslü etməzdən qabaq istədiyi adamla əl verib, qucaqlaşıb görüşə bilər; bunun o biri adam üçün heç bir problemi yoxdur. Boynunda məssi-meyyit qüslü olan adam Quran oxuya bilər, məscidə girə bilər, amma namaz qılmaq üçün qüsl almalıdır./ixlas.