Hüzr məclislərində mollanın səhv danışdığını görüb, səhvini düzəltmək olarmı?


Cavab: Bu kimi hallarda əvvəla, buraxılan səhvin nədən ibarət olması fərq edir. Əgər məclisi idarə edən şəxs İslamın əsas prinsiplərini pozan, insanları günaha salan səhvə yol veribsə, bunu yumşaq şəkildə söyləmək lazımdır. Ola bilər ki, molla bu səhvi qətiyyən pis niyyət olmadan, unutqanlıq ya bilməməzlik üzündən edib. İrad bildirərkən həddi aşmamaq və kobudluq etməmək, yaş həddini gözləmək də çox vacibdir. Unutmamalıyıq ki, ruhanilərin abrının aparılmasını Allah sevməz. Əgər mollanın səhvi xırda məsələdədirsə və o səhv heç kimin əqidəsinə, ibadətinə mənfi təsir göstərməyəcəkcə, açıb-ağartmağa dəyməz. Zərurət halında bunu məclisdən sonra, təklikdə və yumşaq tərzdə onun diqqətinə çatdırmaq olar./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter