Ayətullah Sistaninin Ərbəin yolunun təmiz saxlanması haqqında yeni fətvaları nələrdir?


Bu günlərdə Hüseyn (ə) aşiqləri öz eşqinin əsiri olaraq min mənzillik toz-torpaqlı, daşlı-kəssəkli çətin yolları piyada gedərək özünü Kərbəlaya-dost diyarına çatdırmağa çalışır. Hüseynlə (ə) bir anlıq görüş üçün bu qədər zəhmətə asanlıqla təhəmmül edən aşiqlər bu yolda bir-birinin haqqın gözləmək, bir-birlərinə daha çox qayğı, yaxşılıq, ehsan etmək fikrindədir. Bunları nəzərə alaraq, Ayətullah əl-üzma Sistaninin Ərbəin yolu haqqında bir neçə yeni sual-cavabını təqdim edirik:

Sual: Ərbəin ziyarəti günlərinin yaxınlaşması və piyada surətdə ziyarətə gedənlərin sayının milyonlarla olmasına diqqət etməklə Kərbəlaya gedən piyada yolu ilə bağlı bir neçə sual soruşmaq istəyirik:

1. Zəvvarların piyada yolunun, həmçinin yol boyu qurulmuş mokəblərin təmiz qalması məqsədilə zibil yeşikləri və və zibil kisələri almaq üçün pul vermək olarmı? Və bu Hüseyn (ə) təzahürləri yolunda infaq sayılırmı?

Cavab: Bəli. Möminlərin ziyarət etməsi, onların ziyarətə rəğbətləndirməsi, bu yolda rahatlıq və asayişinin təmin edilməsinə səbəb olan hər bir iş müstəhəbdir. Bu yolda pul xərcləmək Hüseynin (ə) zəvvarına xidmət etmək və infaqın nümunələrindən sayılır.

2. Əgər bir dəstə gənc öz vaxtlarını Kərbəla zəvvarları gedən yolun təmizliyinə sərf etsələr, bu iş bəyənilirmi?
Cavab: Müsəlmanların yolundan maneələri aradan qaldırmaq şəriətdə bəyənilən əməldir. Bu iş İmam Hüseynin (ə) zəvvarları yolunda olarsa, daha çox savabı vardır.

3. Zəvvarların yolu çirkləndirməyin hökmü nədir?
Cavab: Bu hərəkət yaxşı sayılmır və yol gedənlərin əziyyətinə səbəb olsa, şəri baxımdan icazəli deyil./nur.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter