Din baxımdan riya ilə həyata keçirilən hansı əməllər düzdür?


İslaminSesi – Əməlləri həyata keçirilməsi zamanı niyyətin xalis olması vacibdir. Bunun əksi əməllərin riyakarlıq və saxtakarlıqla həyata keçirilməsidir. Alimlər riya əməlinin kiçik şirk bilirlər. Riyakarlıq ibadətlərdə olarsa o əməl batil olar və qəbul olunmaz. Çünki ibadətlərdə məsələn namaz və oruc kimi niyyət olunur ki Allah üçün həyata keçirilir.

Bəs riya üzündən həyata keçirilən hansı əməllər batil olmaz və Allah dərgahında da qəbul edilər?

1- İnsan öz əmlakını vəqf edərsə və bu zaman riyakarlıq edərək bu işi görərsə onun vəqfi düzdür. Çünki vəqfdə “Qürbətən iləllah” niyyəti lazım deyil.
2- Salamın cavabını almaq vacibdir. Amma bu cavab riya üzündən alınarsa belə səhih və düzdür.
3- Nəcis əşyalar və paltarların yuyulması zamanı da riyakarlıq etməz, yuyulanı əşyanın nəcisliyində qalmasına səbəb olmaz. Əgər bir insan Allahdan qeyrisi üçün təharət etsə belə onun yuduğu paklıqdan çıxmaz.
4- Borcun ödənməsi: Borc riyakarlıqla ödənilsə belə şəriət baxımından ödənilmiş hesab edilir.

Qeyd edək ki, riyakarlıq yalnız \"Qürbət qəsdi\" vacib olan əməllərdə həyata keçirilərsə onun batil olması ilə nəticələnər. Lakin \"Qürbət qəsdi\"nin vacib olmadığı əməllərdə riyanın olması o əməli batil etməz.

Yuxarıda deyilən əməllərdə daha yaxşı olar ki riyakarlıq olmasın və insan hər şeyi Allaha görə etsin. Belə olan halda insan savab iş də görmüş olar. Amma riyakarlıqla etsə yalnız borcunu ödəmiş hesab edilir./islaminsesi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter