Hansı hədiyyələri geri almaq islam şəriətinə görə qadağandır?


Ayətullah əl-üzma Sistaninin cavabı:

Başqasına hədiyyə verən kəs onu geri ala bilər. Amma beş hal müstəsnadır (yəni beş halda verdiyi hədiyyəni geri ala bilməz):

1. Hədiyyəni qürbət qəsdi ilə (Allaha yaxın olmaq niyyəti ilə) vermiş olsa.

2. Hədiyyəni qohumuna vermiş olsa. (Burada nəsəb və qan qohumu nəzərdə tutulur: ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala və onların övladları)

3. Hədiyyə almış şəxs, onun hədiyyəsinin qarşısında əvəz vermiş olsa. İstər hədiyyə verdikdə “əvəz” şərt edilsin, istərsə də edilməsin.

4. Hədiyyə digər bir şəxsin mülkiyyətinə keçmiş olsa. Məsələn, hədiyyəni almış şəxs onu satmış, ya başqasına hədiyyə vermiş olsun.

5. Hədiyyəni alan şəxs onda dəyişiklik yaranacaq bir təsərrüf etsin./nur.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter