Kenqurunun ətindən kalbasada olur, yemək olarmı?


Son zamanlar olkemize terkibinde kenquru eti olan kolbasalar getirilir ve bu askar olaraq kolbasanin uzerinde yazilmisdir. biz de kenquru etinin yeyilmesini halal olub olmamasini bilmirik. ona gore de sizden xahis edirik ki, kenqurunun etinin halal olub olmamasi barede butun muctehidlerin fetvasini yazin. onceden tesekkur edirik

Bismillahir-rəhmanır-rəhim.
Kenqurunun ətinin halal, yaxud haram olması barədə təqlid mərcələrinin fətvaları aşağıdakı kimidir:

-Ayətullah əl-üzma Xamenei: Kenquru ətinin yeyilməsi icazəli deyil.
-Ayətullah əl-üzma Sistani: Vacib ehtiyata görə icazəli deyil.
-Ayətullah əl-üzma Həmədani: Kenquru, əti haram olan heyvanlardandır.
-Ayətullah əl-üzma Safi: Kenquru ətinin yeyilməsi haramdır.
-Ayətullah əl-üzma Məkarim: Kenquru, əti halal olan heyvanlardandır. Əgər şəri qaydalarla zibh olunsa, onu yeməyin eybi yoxdur.Sual.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter