Tapilan pulun hokumu nədir?


Bismillahir-rəhmanır-rəhim.
Əgər tapdığınız pulda onunla sahibini tapa biləcək, bir nişanı olsa (hərçənd bilsəniz ki, onun sahibi malı möhtərəm olan kafirdir), o halda gərək tapdığınız gündən bir ilə kimi camaatın yığıldığı yerlərdə elan edəsiniz. Əgər belə bir pulu elan verməklə onun sahibinin tapılmayacağı məlum olan bir yerdə taparsa, onu birinci gün sahibləri tərəfindən fəqirlərə şəriət hakiminin izniylə, vacib ehtiyata əsasən sədəqə verə bilər və il tamam olana qədər səbr etməməlidir.
Habelə, pul sahibini tapmaqdan ümidini itirsə, həmin vaxtdan onu sahibi tərəfindən fəqirə sədəqə verməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter