Sahibi bilinməyən uzun illər telefon ustası yanında qalan telefonlardan istifadə etmək olarmı?
Salam. Sizə iki sualım var:
1) Mən telefon ustasıyam. Elə olur ki, müştəri telefonunu təmirə gətirib verdikdən sonra gəlib çıxmırş Hətta 1 ildən çoxdur ki, yiyəsini tapa bilmirəm və telefonu da cavab vermir.
2) Özümün telefon zapçastları il müştərilərin telefon zapçastları qarışıb və ayıra bilmirəm. Onları işlədə və yaxud sata bilərəmmi? Təşəkkür edirik
Ad: Azər, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər sahibləri öz telefonundan imtina etsə və onu geri götürmək qəsdləri də olmasa, ondan istifadə etməyinizin hər bir halda maneəsi yoxdur. Lakin sahibinin ondan imtina etməsinə yəqinliyiniz yoxdursa, bu halda sahiblərini tapmaqdan ümidsiz olduğunuzu fərz etsək, sahibi tərəfindən onları fəqirlərə sədəqə verin.
2. Sahibinin razılığı ilə iradı yoxdur. Əgər sahibini tapa bilməsəniz, onu satıb sahibi tərəfindən fəqirə sədəqə verə bilərsiniz./sual.nur.