Ayətullah Sistaninin internetdə Kişi-Qadın Münasibətlərinə nəzərini yazın?


Ayətullah Seyid Əli Sistani qadının naməhrəmlə internetdə əlaqə saxlaması barədə suala öz fikirini bildirib.Sual: Elm və texnologiyanın, internetin və sosial şəbəkələrin inkişafı ilə ailələr üçün yeni məsələlər yaranıb ki, onları qeyd etməliyik.

1- Qızın və ya qadının atasının və ya yoldaşının xəbəri olmadan istədiyi şəxslərlə və həmçinin oğlanların naməhrəm qızlarla məktublaşması (Mesajlaşması) caizdirmi?

2- Bəzən kişi yoldaşından, qızından, oğlundan və ya bacısından internetdə kiminlə danışırsan və ya nə işlə məşğulsan soruşduqda cavab verilir ki, \"sənə dəxli yoxdur və bizim şəxsi işimizə müdaxilə etməməlisən,\" bu düzdürmü?

3- Əgər arvad və ya uşaqlar başqa şəxslərlə əlaqə saxlasa, bu söhbətlər gizlin olarsa və haram əlaqələrə şübhə yaradarsa ərin və ya atanın sorğu etməyə haqqı varmı? Bu kimi məsələlərdə ər və ya atanın arvad və ya uşaqlara qarşı digər vəzifələri nədir?

CAVAB-lar Ayətullah Sistaninin cavabı və tövsiyələri:

\"Qadın və kişinin bir-birinə yazılı və ya danışıqla mesaj göndərməsi realda bu əlaqələrin icazə verildiyi miqdarı istisna olmaqla, caiz deyildir. Qadının ərində şübhə yaradacaq hərəkətləri etməsi düzgün deyil, həmçinin bu hökm uşaqların ata və anasına qarşı da keçərlidir. Bu iş bəzi hallarda haramdır. Belə ki, qadının rəftarı elə şübhə yaratsın ki, ərin hüquqları pozulsun və ya uşaqların rəftarı valideynləri incitsin. Əgər problemin həlli ərin, atanın yaxud da ananın bu danışıqları və ya yazışmaları bilməyinə bağlı olarsa, qadağan olunmadığı təqdirdə icazəlidir. Ümumilikdə gərək diqqət olunsun ki, ər və atanın arvad və uşağa qarşı şəri məsuliyyəti var. Buna görə də, qadın və uşaq gərək ərinə və atasına bu vəzifəni yerinə yetirməyə yardım etsinlər və əgər etməsələr qanunlara uyğun “Yaxşılığa dəvət və pislikdən çəkindirmək” vəzifəsini yerinə yetirmək onların boynundadır.\"/ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter