Oruclu halda damaq və ağızdan qanın gəlməsi orucu batil edərmi?


İstər vacib ramazan, istər qeyri ramazan ayında tutulan vacib oruc zamanı ağız və damaqdan qan gələrsə, oruc tutanın şəri vəzifələri:

1-Əgər oruc tutan şəxs şəkk edə ki, ağız və damağından oruclu halda qan gəlibdir yoxsa yox belə halda - oruc düzdür.

2-Oruc tutan şəxs damaq və ağzından qanın çıxmasını bilir bu isə bir neçə cürə təsəvvür oluna bilər:

2-1-Ağızda həll olunmayıb: Onu səhvən və ya yatmış halda udmaq orucu batil etməz. Amma Ağız və damaq qanını bilərəkdən udmaq orucu batil edər, qəzadan əlavə kəffarəsi də vardır.

2-2- Əgər oruc tutan şəxsin ağız və damağından qan gələrsə və o qan ağız suyu ilə həll olub aradan gedərsə Onu ağız suyu ilə udmaq haqda iki baxış var:
a) Onu udmağın haramlığı yoxdur və orucu da batil etməz. b) Amma bəzi müctəhidlər isə deyirlər bu suyun nəcis olması deyilmir, amma oruc halda onu udmaq ehtiyat vacibə görə icazəli deyildir. Bu haqda oruc tutanlar öz təqlid etdiləri müctəhidin rəyinə müraciət etməlidirlər./porsemani.ir


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter