Üzürsüz oruc tutmayan şəxsə yemək hazırlamaq olarmı?
Oruc tutmayan şəxs üçün yemək hazırlamağın hökmünün izahı:
Orucu qəsdən pozan şəxs üçün yemək hazırlamağın icazəli olub olmaması haqda hökm iki cürə təsəvvür olunur. Əgər oruc tutmayan şəxsin şəriət baxımından üzrü olsa, misal üçün xəstə ola, onun üçün yemək hazırlamağa icazə var və hətta xəstə şəxsə xidmət etmək böyük savaba səbəb olar.
Amma Ramazan ayında şəri üzrü olmadan oruc tutmayan şəxsə yemək hazırlamağın günahı var. Necə ki Allah-Taala Qurani-Kərimin Maidə surəsinin 2 ci ayəsində buyurur: \"... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.\" Bu ayəyə əsasən qəsdən və heç bir şəri üzrü olmayan və orucunu ramazan ayında yeyən şəxsə yemək hazırlamaq onların günahına kömək etmək mənasında təbir oluna bilər. Və bu iş İslam dininin füruiddinini danmaq və əhəmiyyətsiz yanaşmaq mənasında qəbul olunur.
Bu suala cavab olaraq bir neçə müctəhidin baxışını qeyd edirik:
1-Ayətullah Xamenei: \"Əgər oruc tutmaq onlar üçün vacib ola və şəri üzrü olmadan orucünü yeyərsə belə şəxsə yemək hazırlamaq icazəli deyil\".
2-Ayətullah Məkarim Şirazi: \"Ümumi qayda budur ki, orucunu batil edən şəxs üçün əgər şəri üzr varsa onun üçün yemək hazırlamaq olar. Əgər bu günahı şəri üzrü
olmadan edirsə belə vəziyyətdə mülayim dillə onu bu münkərdən çəkindirmək lazımdır, və ona yemək hazırlamaqdan ehtiyata görə çəkinməlidir.\"
3-Ayətullah Nuri Həmədani: \"Orucunu batil edən şəxs əgər bu əməlində şəri üzrülü olsa, onun üçün yemək hazırlamağın maneəsi və günahı yoxdur./porseman.mihan