Ramazana aid iki sualın cavabı necədir?


Höccətülislam vəlmüslimin Fəllahzadə cavab verir:

1-Sual: Xəstəlik səbəbindən ömrünün sonuna qədər oruc tuta bilməyən şəxsə kəffarə vacibdir?

Cavab: Əgər həqiqətən xəstəlik səbəbindən oruc tuta bilməsə, hər günə 1 mud – 750 q un (ya çörək, düyü, buğda, arpa, xurma) yoxsula verməlidir və bu halda qəza orucu öhdəsindən götürülür.


2-Sual: Bir şəxs bilərəkdən, yemək-içməkdən başqa yolla orucunu pozsa (batil etsə) vəzifəsi nədir?

Cavab: Həm qəza, həm kəffarə vacibdir. Kəffarəsi 60 gün ardıcıl oruc ya 60 fəqiri doyurmaqdır./Vilayet.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter