Oruc olan şəxsin təhsil üçün səfər çıxdığı vəziyyətdə vəzifəsi nədir?


Təhsil yeri, birinci səfər haqda 2 şəri hökm:

1-Sual: Təhsil yeri vətən hökmündə ola bilərmi?

Cavab: Bütün müctəhidlərin rə`yi (Sistani, Məkarim və Vəhiddən başqa):

Təhsil yeri vətən hökmündə deyil.

Sistani: Bir il, ya daha uzun müddət həftədə iki gün tam qalarsa, ora vətən hökmündədir.

Məkarim: Bir il, ya da daha uzun müddət həftədə üç gün tam qalarsa, vətən hökmündə sayılır.

Vəhid: Bir il və ya daha uzun müddət həftədə dörd gün tam qalarsa, ora vətən hökmündədir. (Vəhidin katibliyi)


2- Sual: Səfərə çıxan tələbələrin birinci səfərdə namaz və oruclarının hökmü nədir?

Cavab: İmam Xomeyni və Xamenei: Bütün səfərlərdə qəsrdir.

Sistani: Birinci ayda ehtiyat etməlidir. Yə`ni namazı tam və qəsr qılsın.

Nuri və Safi: Namaz qəsr qılınmalıdır və oruc tutmaq düzgün deyil.

Fazil: Vacib ehtiyata əsasən bütün səfərlərdə namaz qəsrdir və oruc düzgün deyil.

Vəhid: Birinci və ikinci ayda gərək ehtiyat etsin, yə`ni namazı tam və qəsr qılsın. Əgər oruc tutarsa, qəza etsin. (Vəhidin katibliyi)

Məkarim: Gərək əvvəl bir neçə səfərdə ehtiyat etsin, namazı tam və qəsr qılsın. Oruc tutarsa, onu qəza etsin.

Behcət: Əgər birinci səfərdə məsafə 8 fərsəxdən çox olarsa, gərək namazı tam qılsın. Bu miqdardan az olduğu təqdirdə gərək qəsr qılsın./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter