Oruc tutan şəxsin cənabətli olması haqda şəriətdə nə belə hökmlər gəlmişdir?


Oruc tutan şəxsin cənabətli olması haqda 4 şəri suala cavab:

1-Sual: Gündüz yatarkən, adətən, möhtəlim olan bir cavan ramazan ayında gündüz yata bilərmi?
Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, gündüz yata bilər. Yuxuda möhtəlim olacağını bilsə də, orucu səhihdir.

2-Sual: Sübh namazından sonra möhtəlim olan və gün batana qədər qüsl etməyən şəxsin orucunun hökmü nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Tələsik qüsl etməyi lazım deyil və orucu səhihdir. Amma namaz üçün gərək qüsl etsin.

3-Sual: Bir neçə il cənabətli halda namaz qılıb, oruc tutmuşam. Hansı ki, «cənabətli şəxs qüsl etməlidir» hökmünü bilmirdim. Mənim vəzifəm nədir?
Cavab: İmam Xomeyni, Behcət, Təbrizi, Məkarim və Vəhid: Cənabətli halda qıldığı namazları və tutduğu orucları gərək qəza etsin.
Sistani, Safi və Fazil: Əgər məsələləri öyrənməkdə səhlənkarlıq etməmisinizsə, oruclar düzdür və qəzası yoxdur. Amma cünub halda qıldığınız namazları qəza etməlisiniz.

Qeyd: Namazda təharət həqiqi şərtdir; bu baxımdan diqqətsizlik üzündən təharətsiz namaz qılarsa namazı batildir.

4- Sual: Bir şəxs bir müddət oruc tutub, namaz qılmışsa, sonradan cənabətli olduğunu bildikdə vəzifəsi nədir?
Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər cənabət məsələsindən xəbərsiz olubsa, orucları düzdür. Amma namazları gərək qəza etsin./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter