Oruc tatan şəxs səfərə çıxarkən hansı 4 hökmə daha çox diqqət yetirməlidir?


Ramazanda səfər çıxmaq haqda 4 ümumi qayda:

1) Əgər Ramazan ayında səfərə çıxan şəxs həmin səfərdə namazını tam qılmalıdırsa, oruc da tuta bilər. Məsələn, müsafir on gün bir mə-kanda qalmaq niyyətindədirsə, yaxud səfərə çıxmaq bir şəxsin peşəsi sayılırsa, belə müsafir namazı tam qılmalı və oruc da tutmalıdır. Lakin əgər müsafir həmin səfərdə namazını qəsr qılmalıdırsa, oruc da tuta bilməz.

2) Əgər oruc tutan şəxs zöhr namazının vaxtı daxil olduqdan sonra sə-fərə çıxsa, orucunu tutmalıdır. Lakin əgər zöhrdən qabaq səfərə çıxsa, orucu batildir. Amma tərəxxüs həddini keçməmiş orucunu aça bilməz. Əgər tərəxxüs həddini keçməmişdən qabaq orucunu açsa, ehtiyata gö-rə kəffarə ona vacib olur.

3) Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyə-tində olduğu məkana çatsa, orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, oruc tutmalıdır. Lakin əgər orucu batil edən işlərdən birini yerinə yetiribsə, həmin günün orucu batildir və qəzasını tutmalıdır. Lakin əgər həmin yerlərə zöhrdən sonra çatsa, oruc tuta bilməz.

4) Ramazan ayında səfərə çıxmaq, hətta orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə də olsa, olar. Əlbəttə yaxşı olar ki, əgər səfərə çıxmaq zəruri deyilsə, oruc tutan şəxs səfərə çıxmasın./Sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter