ALLAHIN YARDANI VARMI?


Cavab: Bəli, hər bir şeyin, hər bir şəxsin xaliqi və yaradan səbəbi var. Amma diqqət yetirmək lazımdır ki, görəsən, bu qanunun meyarı var, ya yox? Digər tərəfdən, görəsən, Allah-taalada bu meyar mövcuddurmu, O da bu qanuna aid edilirmi?
Əvvəla, “hər bir varlığın və nəticənin bir səbəbi vardır” – qanunu meyara əsaslanır. Necə ki, İslam filosofları bu məsələ barəsində ayrıca bir fəsildə bəhs etmiş və ona “Səbəbə möhtac olmağın meyarı” adını vermişlər. Bu məsələni qısa şəkildə belə bəyan etmək olar ki, əgər səbəb əlaqəsinin predmeti mütləq şəkildə varlıq olarsa, mənası budur ki, varlıq (olduğu kimi) səbəbə möhtacdır. Bu da, hər bir varlığın səbəbə möhtac olmasını tələb edir. Lakin belə bir mətləb, aydın olmadığı kimi, onun heç bir dəlili də yoxdur. Üstəlik onun əksini sübut edən dəlillər var. Allah-taalanın varlığını sübut edən dəlillər göstərir ki, səbəbə möhtac olmayan varlıq da mövcuddur. Buna əsasən, “hər bir varlıq səbəbə möhtacdır” – qanununun predmeti mütləq deyil, onun şərti vardır. Bəs, bu predmetin şərti nədir?
İslam filosofların nəzərincə, hazırkı məsələnin predmeti “mümkün”dür; yəni, zati olaraq mövcudluğu (yoxluğu) mümkün olan fərz edilməsi qeyri-mümkün olmayan hər bir varlıq səbəbə möhtacdır. Halbuki Allah-taala «mümkün» yox, «zəruri» bir varlıqdır; yəni, Onun fərz olunmaması mümkün deyil. Onun üçün varlıq zəruri, yoxluq isə qeyri-mümkündür. Mövcud olub-olmaması bərabər olan varlığın səbəbə ehtiyacı var. Belə ki, səbəb yaranıb, bir tərəfi başqa tərəfə qalib edərək ona varlıq verir. Çünki o şey öz-özünə nə mövcud, nə də yox ola bilər. Lakin Allah-taala “zəruri varlıqdır” və Onun üçün varlıq vacibdir. Buna əsasən, “hər bir şey səbəbə möhtacdır” – cümləsində məqsəd (Allaha da aid edilən) hər varlıq yox, “varlığı mümkün olan” hər bir şeydir.
Bundan əlavə, əgər (varlığı zəruri olan) Allahı yaradan bir səbəbin mövcudluğunu fərz etsək, fəlsəfədə batilliyi sübut edilmiş sonsuzluğa – mühakimə ilə sübutların bir-birindən asılı olaraq davam edib, müəyyən bir nəticəyə çatmamasına – düçar olacağıq. Əgər (sonu olan və sonu olmayan) bir sıra səbəb və nəticələri, xaliq və məxluqları zati olaraq zəruri, səbəbi və yaradanı olmayan varlığı nəzərə almadan fərz etsək, ümumi şəkildə və ayrı-ayrılıqda onların heç biri zəruri olmayacaqdır. Zəruri olmadığına görə, vücuda da gəlməyəcəkdir. Çünki hər bir nəticə zəruri olaraq (zaman baxımından yox, dərəcə baxımından) vücuda gəlir və onun yox olması əsla mümkün deyil. Əgər onun min bir şərtlə yaranmasını, hər hansı bir silsilənin mövcud olmamasını nəzərə alsaq, vacibin mövcud olmadığını görəcəyik. Məlum olduğu kimi, varlığın özünün özünə səbəb olması və öz məhvinin qarşısını ala bilməsi də belədir; çünki o silsilənin, yaxud bütün silsilənin səbəbinin mövcud olmasını fərz etsək, nəticə vacib olaraq vücuda gələcəkdir. Lakin bizim fərziyyəmizə görə, həmin səbəbin də yox olması mümkündür və nəticənin yox olması yolu həmin səbəbin yox olması vasitəsilə açıqdır. Necə ki o səbəbin yox olmasının yolu səbəb olmaması vasitəsilə də açıqdır. Bu minvalla o, sonsuz olaraq nəticəsiz qalacaqdır. Yəni, hər bir nəticəni nəzərə alsaq, onun yox olması yolu öncəki bütün səbəblərin yox olmasının vasitəsilə açıqdır.
Beləliklə, bütün silsilələr «vacib» yox, «imkan» mərhələsindədir. Demək, zəruri mərhələyə çatmayınca, vücuda gələ bilməz. Bu silsilədə təkcə zati olaraq zəruri varlıq yoxluq imkanının qarşısını alır. Lakin varlıq aləmi mövcud olduğu üçün vacibdir, vacib olduğu üçün də bu aləmin başında zəruri varlıq durur və Onun zatı ilə bütün mümkünlərin varlığı zərurət tapır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter