Qəza namazı haqqında şəriətdə hansı hökmlər gəlmişdir?


Qəza namazı

1) Hər kim vacib namazı müəyyən bir səbəbə görə - istər yatıb qalsın, istər məst halda olsun, istərsə də müəyyən bir xəstəliyə görə - öz vaxtında qılmasa, qəzasını qılmalıdır. Lakin əgər bir şəxs namaz vaxtı boyu huşunu itirmiş olsa, namazın qəzası ona vacib olmur. Həmçinin müsəlman olan kafirin kafir olduğu müddətdə və qadının heyz və nifas halında qılmadığı namazların qəzası yoxdur.

2) Hər kim namaz vaxtı keçdikdən sonra qıldığı namazın düz olmadığını bilsə, onun qəzasını qılmalıdır. Məsələn, bir şəxs qüslün əhkamını bilmədıyınə görə şəriətdə göstərilən qaydada qüsl verməyibdirsə, batil və düz olmayan qüsl ilə qıldığı namazların qəzasını qılmalıdır.

3) O namazların qəzasını qılmaq vacibdir ki, insan onları tərk etdiyinə və ya düzgün qılmadığına əmin olsun. Lakin əgər insan ehtimal versə və ya şəkk etsə ki, keçmişdə namazlarının bəzisini tərk etmiş və ya düzgün qılmamışdır, onların qəzasını qılmaq vacib deyildir.

4) Yovmiyyə vacib namazların qəzasını qıldıqda namazların tərtibinə riayət etmək vacib deyildir. Əlbəttə bir günün zöhr və əsr, yaxud məğrib və işa namazlarının qəzasını eyni vaxtda qıldıqda tərtibə riayət olunmalıdır.

Deməli, məsələn bir ilin qəza namazını həm bu qaydada qılmaq olar: Otuz sübh namazını, otuz zöhr və əsr namazlarını və otuz məğrıb və işa namazlarını qılıb yenidən hər bir namazı bu sayda qılaraq ilin qəza namazlarını tamamlamaq. Həm də yovmiyyə namazlarının ardıcıllığı ilə qılmaq olar.

5) Qəza namazlarının sayını bilməyən şəxs, məsələn, iki, yoxsa üç namazının qəza olduğunu bilməyən şəxs əgər ehtimal verdiyi sayların azı qədər (başqa sözlə desək, əmin olduğu say qədər) qəza namazı qılsa kifayətdir.

6) Ardıcıl olaraq üç cənabət qüslü verən şəxs (məsələn, ayın 21-i, 25-i və 22-si qüsl vermişdir), əgər sonradan onların birinin batil olduğuna əmin olsa, vacib ehtiyata görə batil qüsllə qıldığı namazların qəzasını qılmalıdır.

7) Nafilələr və müstəhəb namazlar qəza namazını əvəz etmir və boynunda qəza namazı olan şəxs, onları qəza namazı niyyəti ilə qılmamalıdır.

8) Qəza etdikləri namazların hamısını hal-hazırda qılmağa qadir olmayan şəxslərə vacibdir ki, bacardıqlarını qılsınlar və qıla bilmədiklərini vəssiyyət etsinlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter