Namazda şəriətin hansı 11 göstərişinə diqqət etmək vacibdir?
Namazın vacib əməlləri 11-dir:
1-Niyyət, yəni namaz başlayarkən hansı namazı qıldığını müəyyən etmək zəruridir.
2-Təkbirətul-ehram, (yəni namazın əvvəlində “Allahu əkbər” demək),
3-Qiyam (Həmd və ixlas surələrini oxuyarkən ayaq üstə dayanmaq, xəstəlik maneə olmasa),
4-Qiraət, yəni həmd və ixlası (və ya ixlasın yerinə başqa surəni düzgün oxumaq).
5-Rüku, Yəni qiyam halından sonra əllərin dizə çatacaq qədər əyilmək.
6-Səcdə, rukudan durandan sonra bədənin 7 üzvünü yerə vurmaq, alını isə torpağa.
7-Zikr, yəni Namazın hər bir halətində şəriətdə müəyyən olan duaları və Allaha mədhləri demək.
8-Təşəhhüd, namazın ikinci, dördüncü və şam namazında 3 cü rəkətində xüsusi qiraəti oxumaq.
9-Salam, namazı sona çatdıranda təşəhhüddən sonra 3 salamları demək.
10-Tərtib, Yəni namazın hər formasını öz yerində demək. Misal üçün səcdələr rukudan öncə olmaz.
11-Muvalat (yəni namazın hissələrini dalbadal, fasiləsiz demək).