QURANDA İNSANLAR HANSI QRUPLARA BÖLÜNMÜŞDÜR?
Cavab: Qurani-kərimin ayələrinə diqqət yetirməklə insanları ilahi dinə münasibətdə üç qrupa bölmək olar:
1-Bəziləri dini həm batində, həm də zahirdə qəbul edirlər. Onlar möminlər və təqvalılardır. Baxmayaraq ki, bəzən çarəsizlik üzündən təqiyyə edir, öz batini imanını gizlədir, onu aşkarlamaq üçün heç bir zəminə tapa bilmir və ya çarəsizlik üzündən batini imanının əksinə olaraq kafir olduğunu elan edir. [“Nəhl” surəsi, ayə: 106; “Qafir” surəsi, ayə: 28.]
2-Bəziləri həm batində, həm də zahirdə Allahın dinini inkar edirlər. Onlar kafirlərdir.
3-Bəziləri yalnız batində kafirdirlər və zahirdə özlərini imanlı göstərirlər.
Bu qruplardan olan insanlar ya zahirdə və batində dini qəbul edib mömin olur, ya batində və zahirdə onu qəbul etməyib kafir olur, ya da onu batində inkar, zahirdə qəbul etməklə münafiq olur. Üçüncü qrupun əksini də (təqiyyəni) fərz etmək olar; insan bu halda zahirdə dini inkar etsə də, onu batində qəbul etmişdir. Bu qrup da möminlər sırasındadır.