Nəcasətlə müalicə olunmaq icazəlidirmi?


Cavab: Nəcasətlər bədənə, libasa və ya başqa nəyə isə dəyəndə, oranı pak etmək lazımdır. Nəcasətləri yemək və içmək qəti surətdə haramdır. Xüsusi hallar, yəni susuzluqdan ya acından ölmək halları istisna olunur. İmamlarımız buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Əgər həkim hər hansı nəcasəti, məsələn, araq və ya donuz piyini dərman kimi təyin edibsə, ondan alternativ müalicə tələb etmək lazımdır. Çünki hər xəstəliyi bir neçə yolla müalicə etmək olar.
Nəcasəti bədənə sürtməyə gəlincə, əgər zərurət tələb edirsə, bunu etmək olar. Amma sonra bulaşmış yeri yuyub pak etmək lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter