BİR OLAN ALLAHI (TÖVHID) VƏ ÖLÜMDƏN SONRAKI HƏYATI (MƏAD) ANLAMAQ MÜMKÜNDÜRMÜ?


Cavab: Bundan ötrü bir neçə yol var və bu yolların ən mühümü insanın özü haqqında düşünməsidir.
Qur`an buyurur: “Biz öz qürət nişanələrimizi həm ətraf aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.” (“Fussilət”, 53.)
Bəs insan özü haqqında nə düşünə bilər? Bu düşüncələri iki qismə bölmək olar. İnsan ilk əvvəl öz vücudunun xüsusiyyətlərini düşünməlidir.
Biz kimik? − ilk sual bu olmalıdır. Azca araşdırmadan sonra görəcəyik ki, insan təkcə maddi cismdən ibarət deyil. İnsanı başqa yaranmışlardan fərqləndirən onun cismi yox, ruhudur.
Düşüncələrin ikinci qismini insanın “öz” aləminə, ruhunun dönəcəyi Allaha doğru səfər təşkil edir.
Bu düşüncələri səfərə çıxan dənizçinin düşüncələri ilə müqayisə etmək olar. O, əvvəlcə gəmi ilə, sonra isə gedəcəyi yol ilə tanış olur.
Demək, tövhid və məadla tanışlıq yolu insanın “mən”-indən keçir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter