Namaz əsnasında hansı əməllərdən çəkinmək vacibdir?
Namazı qılan şəxs namaz arasında bu işlərdən çəkinməlidir:
1-Yeyib-içməkdən. hətta yeməkdən qalan ağızdakı qalıntıları belə udmamağa diqqət yetirmək lazımdır.
2-Qiblədən üzünü çevirmək. Qiblədən az miqdarda səhv durmağ namazı batil etməz.
3-Namazda namazın zikrlərindən başqa bir şeyləri bilərəkdən danışmaq. (Vacib salama cavab verməkdən başqa. hansı cümlə ilə salam veriibsə o cümlə ilə də cavab vermək vacibdir. Başqa cürə salam vermək namazı batil edər.
4-Namazda səsli gülmək. Gülümsəmək namazı batil etməz.
5-Namazda səsli ağlamaq ki səbəb ola dediklərini başa düşməyə. Allah qorxusundan sızıldamaq namazı batil etməz.
6-Namazın formasını qarışdırmaq. Misal üçün namazda hərəkət etmək. yerimək kimi.
7-Namazın rükn əməllərini artırmaq istər bilərəkdən istər bilmədən olsa belə. Misal üçün rükünü iki dəfə etmək namazı batil edər. namaz.ge.