Fiqhdə məcburiyyət (zərurət) deyəndə nə başa düşülür?


MƏCBURiYYƏTiN (ZƏRURƏTiN) MƏNASI: Fəqihlər buyurur: «Məcburi hal odur ki, insan haram olan bir işi icra etməsə aşağıdakı hallardan biri baş verə bilər:

a) Həyatı və sağlamlığı təhlükə qarşısında qalar;
b) Şiddətli xəstəlik baş verər;
c) Xəstəliyi daha da şiddətlənər;
d) Malını itirmək təhlükəsi yaranar;
e) Başqa birinin həyatı və sağlamlığı təhlükə altına atılar.

Məsələn, hamilə bir qadın uşağını itirmək təhlükəsi qarşısında qalar, və ya “şərab içməsən, filankəsi öldürəcəyəm” deyə insanı təhdid edərlər.» Lakin “filankəsi öldürməsən, səni öldürəcəyik” deyilsə, bu hal fiqh elminin qəsd etdiyi məcburiyyət halına daxil deyildir. Yəni bu halda insan öz canını qorumaq üçün başqasını öldürə bilməz.

Qeyd etmək lazımdır ki, insan məcburiyyət qarşısında qaldıqda haramdan istifadə etməkdə həddini aşmamalıdır. Yəni məcburi halı aradan qaldıracaq miqdardan artıq haramdan istifadə etmək caiz deyildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter