Dəlinin müsəlman və ya kafir olması haqqında islamın hökmü nədir?


Dəlinin müsəlman və ya kafir olması haqqında 2 şəri hökm:

-Dəli olan bir uşaqın müsəlman və ya kafir olması onun valideyinlərinin hökmünə bağlıdır. Yəni əgər ata-anası kafirdirlərsə o da kafir hökmündədir. Əgər əksinə valideyinləri müsəlmandırlarsa dəlinin də hökmü müsəlman hökmünə aid edilir. Hətta İslamın baxışına görə əgər dəli uşağın valideyinlərindən biri müsəlman olarsa dəli uşağın hökmü də müsəlman olması ilə hökmlənir.

-Amma, əgər dəli olan şəxs həddi büluğa çatandan sonra hansı bu vəziyyətə düşübsə, həddi büluğ dövründə kafir və ya müsəlman olubsa o hökmdə qalır. İslamı qəbul edib dəli vəziyyəti onda yaranıbsa müsəlman olaraq hökmlənəcək. Əgər təklifə çatanda kafir olub və dəlilik vəziyyəti onda yaranıbsa kafir hökmündə olacaq.

-Əl Hədaiqun-Nazirə, cild: 5, səh: 197.
-Cəvahir Əl-kəlam, cild, 6, səh: 44; cild: 38, səh: 183; cild: 39, səh: 25


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter