Gündəlik vacib namazların nafilələri necə qılınır?


Gündəlik namazlar: Hər bir müsəlman üçün vacibdir ki, gündəlik 17 rəkət vacib namazlarını qılsın. Əgər tərk etsə Allah qarşısında günahkar və qılmadığı namazların qəzasını qılmalıdır.

Gündəlik vacib namazlardan əlavə hər 5 namaz üçün Məsumların hədislərində nafilə (müstəhəb) namazlar deyilmişdir.

Gündəlik namazların nafilə namazlarının qılınma qaydası:
-Sübh namazı üçün 2 rəkət müstəhəb namaz qılınması sübh namazından qabaq deyilibdir.
-Zöhr namazı üçün nafilə namaz olaraq qeyd olunan 8 rəkət iki rəkətli namaz gəlmişdir. vacib zöhr namazından öncə bu müstəhəb namazlar qılınar.
-Əsr namazının da nafiləsi eynən zöhr namazının nafiləsi kimi yerinə yetirilir.
-Şam-(Məğrib) namazının müstəhəb nafilə namazı 4 rəkət iki namaz şəklində qılınır məğrib namazından sonra.
- İşa namazının nafiləsi isə vacib namazdan sonra oturaraq 2 rəkətdir. Rəvayətlərdə: Nafilə namazları arasında Sübh və işa namazının nafilələrinin daha çox savablı olduğu deyilir. Yusif Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter