Ziyarətgahlarda şam yandırmaq düzgündürmü?


Günümüzdə çox işlənən əməl haqda sual:

Ziyarətgahlarda şam yandırmaq ənənəsi İslamda yoxdur. Dini mətnlərdə bununla bağlı hər hansı məlumata rast gəlmirik. Buna görə bəzi alimlər bu ənənənin mövhumat nəticəsində xristianlıqdan İslama keçdiyini söyləyirlər. Bəzi hədislərdə məzarların üzərini işıqlı etmək və qaranlıq saxlamamaq tövsiyə edilir. Bu da yəqin ki, o zamanlar işıqlandırma sisteminin olmaması ilə əlaqədar idi. Hal-hazırda ən azından bütün iri ziyarətgahlarda müasir və güclü işıqlandırma sistemi fəaliyyət göstərir. Ona görə də ziyarətgahda şam yandırmağın heç bir mənası qalmır. Üstəlik, yuxarıda qeyd edildiyi kimi bu hərəkət xristianların dəbini xatırladır. Müsəlmana yaraşmaz ki, özünü qeyri-müsəlmanlara bənzətsin və öz müstəhəb dini ayinini onlar kimi yerinə yetirsin. ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter