Sınıq istəkanda su içmək olarmı?


Sual: Deyilənə görə dində belə bir qayda var: Sınıq stəkandan su içmək olmaz. Bu nə dərəcədə düzgündür?

Cavab: Peyğəmbərimiz həzrəti Muhəmməddən (s. a. v.) nəql olunan bir hədisdə deyilir ki, qabın qırıq tərəfindən su içməyin və suya üfürməyin.

Buradakı qadağa qəti surətdə qadağandır, haramdır kimi başa düşülməməlidir. Hədisdə insanın sağlamlığı və təhlükəsizliyi nəzərdə tutulur. Yəni, stəkan və ya başqa bir qabın bir tərəfi qırıqdırsa, mikrob və bakteriyalar oraya cəmlənmiş ola bilər. Bundan isə qorunmaq lazımdır.
Əlavə olaraq, qabın qırıq tərəfi ondan su içən insanın dil və dodağına xəsarət yetirə bilər. Bu isə arzuolunmaz bir haldır.

İsti yemək və suya üfürüb onu soyutmağa çalışmaq da ağızdan çıxan zəhərli maddələrin onlara qarışmağına səbəb olur. Bundan da uzaq durmaq lazımdır. Bu, eyni zamanda insanlarda ikrah hissi yaradan xoşagəlməz bir haldır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter