Başqasının bağına icazə almadan girmək olarmı?
Başqasının bağına ziyan vurmamaq şərti ilə girməyin hökmü:
Əgər bir şəxsin bağ və ya torpağından istifadə etmək istəsək almaq lazımdır.
Amma əgər istifadə etmək üçün əminlik ola ki, sahibinin heç bir narazılığı yoxdur o torpaqdan keçmək və bağın məhsulundan istifadə etmək icazəlidir.
Bu barədə müctəhidlərin cavabları:
1-Ayətullah Xamenei: Başqasının torpağından keçmək və ya bağının məhsulundan istifadə etmək üçün icazə almaq vacibdir.
2-Həzrət Ayətullah Sistani: Əgər bağ və topağın hasarı olmasa və narazılıq əlaməti olmasa istifadə etmək olar. misal üçün qohumların bağ və torpağından istifadə etmək barədə razılığı olduğuna əmin olsa icazə almaq lazım deyil.
3-Ayətullah Safi: Bu əməl qəsb etmək hesab olunur və icazəli deyil.
4-5: Ayətullah Məkarim Şirazi və Nuri Həmədani: Fərz olunan sualın cavabı budur ki, sahibinin icazəsi olmadan istifadə etmək qadağandır. islamquest.net