İmam Camaatın şərtləri 8-dir.
Camaat namazında İmam camaat duran şəxs gərək 8 xüsusiyyətə malik olsun, əkstəqdirdə günahkar və qılınan namazın bütün günahları onun öhdəsinə yazılır. İmam camaatın 8 şərtləri ibarətdir:
1-On iki İmam şiəsi olsun, Əhli-Beyt (ə) davamçıları üçün İmamlıq edən şəxs gərək Peyğəmbərin (s) təyin etdiyi 12 ilahi canişinini ilahi rəhbər olaraq qəbul etsin.
2-Aqil olsun, yəni İmam camaat duran şəxs hər növ dəlilikdən uzaq olsun. Yəni nə dediyini anlasın və nə etdiyini dərk etsin. istər bu dəlilik həmişə olsun istərsə də keçəri olmuş olsun.
3-Halalzadə olsun, yəni ata-anası kəbin kəsilməmiş ailədə dünyaya gələn uşağın həddi büluğa çatan zaman İmam camaatlılığına icazə yoxdur.
4-Baliğ olsun, Uşaq camaat namazında İmam camaat dayana bilməz.
5-Adil olsun, İmam camaatın fasiq olması onun namazda İmam camaat durmasına maneədir. Yəni əgər bir şəxs aşkarda böyük günahlar edir və kiçik günahlardan qəsdən uzaq durmursa onun İmam camaat durmasına icazə yoxdur.
6-İmam camaat qiraəti düzgün oxusun. Yəni camaat namazında İmamlıq edən şəxs gərək ərəb dilində namazın vacib zikrlərini düzgün oxusun, yəni ərəb kəlmələrinin hərflərini düzgün ifadə edə bilsin.
7-İmam camaatın kişi olması zəruridir. Əgər camaat namazında iqtida edən şəxslər kişilərdirlərsə lazımdır ki İmam camaat da kişi olsun. Yəni kişi uşaq və qadına iqtida edə bilməz.
8-İmam camaatın üzərinə hədd təyin olunmamış olsun. Yəni Əgər bir şəxs camaat namazında İmam camaatlıq etmək istəyirsə, pişnamazlıqdan öncə gərək onun üzərində ilahi şəriət cəzası həyata keçirilməmiş olsun. Əgər bir şəxs başqasına töhmət vurubsa və ona şəri hökmlə cəza verilibsə o bu hadisədən sonra camaat namazında İmamlıq edə və ona iqtida etmək olmaz.