Üstündən bir neçə il keçən və əməl olunmayan nəzirin hökmü nədir?


Üstündən neçə illər keçmiş əməl olunmamış nəzrin hökmü:
Əgər qeyd etdiyniz nəzir mütləq olubsa yəni, heç bir gün və zaman müəyyən olunmayıbsa, öz nəzirinizə niyyət etdiyniz kimi əməl edin. Amma, nəzirə müəyyən zaman və gün təyin olunubsa, qəsdən nəzirə əməl olunmayıbsa, nəzrin kəffarəsini verməlisiniz. O da qəsdən orucun tərk edilməsinin kəffarəsi kimidir. Yəni, ya bir nəfər qul azad etməli ya altımış fəqiri doyurmalı və ya da iki ay dalbadal oruc tutmalıdır.[1] Hərhalda, nəzirin deyilən şəraitlə müxalif olması sübut olduqdan və kəffarə isbat olduqdan sonra artıq o nəzirə əməl etmək vacib deyil.[2] Əlbəttə, diqqət etmək lazımdır ki:

1.Nəzirin yerinə yetirilməsində nəzirin deyilməsi şəkilini dilə gətirimək lazımdır. (ərəb dilində olmasa da) Bəs, əgər nəzirin xüsusi formada deyiliş qaydasında deyilməsə , nəzir baş tutumur və o nəzirə əməl etmək vacib deiyl.[3]
2. Nəzirdə \"Allaha xatir\" sözü dildə zikr edilməlidir. Əgər deyilməsə və təkcə niyyətdə nəzərdə tutulsa, nəzir vacib olmur.

[1] Tozihil-Məsail, c.2; səh.616; məsələ 2654;
[2] Имам Хумејни, Сејјид Руһуллаһ Мусәви, Истифтаат, ҹ-2; сәһ.749;
[3] Tozihil-Məsail, c.2; səh.600; məsələ 2641;


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter