Domino oynamaq haramdırmı?
Domino oynamağın hökmü:
1-Hər bir oyun vasitəsi əgər cəmiyyətin baxışında qumar vasitəsi hesab olunursa haramdır, istər udub-uduzmaq (iki tərəfli şərtlənmək) olmasa belə. Əgər bir oyun vasitəsi kemişdə qumar aləti olaraq tanınırdısa və hal-hazırda qumar halətindən çıxmasına şübhəli baxılırsa o oyundan uzaq durmaq lazımdır.
Ümumiyyətlə hər bir oyun vasitəsinin qumar olub olmamasını təklifə (həddi büluğa) çatmış şəxs özü təyin etməlidir. Həddi büluğa çatmış şəxs cəmiyyətin baxışını belə məsələdə nəzərə almalıdır.
Nəticə olaraq deyə bilərik ki, əgər domino oynamaq qumar alətindən istifadə etməklə həyata keçirsə hətta dincəlmək və gün keçirmək məqsədi ilə belə olsa icazəli deyil. Amma domino cəmiyyətin baxışında qumar hesab olunmursa onunla qarşılıqlı şərtlənmədən oynamağın eybi yoxdur.
Şəri suallar cavab kitabı, Ayətullah Xamenei, səh: 1122-1127.
2-Salam aleykum domino oynamaq haramdir?
Ad: Adem, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər camaat arasında qumar alətlərindən hesab edilməsə, udub-uduzmaq şərt olmadan oynamağın eybi yoxdur. http://sual.nur-az.com/