Camaat namazında məkruh olan əməllər nələrdir?
Camaat namazında məkruh olan əməllər:
1-Camaat namazında əgər bir sırada yer varsa təkcə durmaq məkruhdur,
2-Camaat namazında İmamın \"Qəd Qamətis-salat\" deyəndən sonra iqtida edənlə İmamın danışması məkruhdur,
3-Səfərdə olaraq namazını (zöhr, əsr və işa) qəsr qılan şəxs üçün səfərdə olmayan şəxsə iqtida etməsi məkruhdur,
4-Səfərdə olmayan şəxsin zöhr, əsr və işa namazlarında səfərdə olaraq namazını qəsr qılan şəxsə iqtida etməsi məkruhdur,
5-Cüzam xəstəliyi olan şəxsin sağlam namazqılanlara pişnamazlıq etməsi məkruhdur,
6-Şəri cəzalandırılması olan, yəni günahkar olan və İslam dövlətində cəzalanmış şəxsin tövbə edəndən sonra İmam olması məkruhdur,
7-Küfr dövlətində yaşayan şəxsin, islam hökumətində yaşayan insanlara İmamət etməsi məkruhdur,
8-Təyəmmüm alaraq namaza duran şəxsin dəstəmaz və ya qüslla təharət alan insanlara İmamət etməsi məkruhdur,
9-Əgər namazın ortasında İmam üçün namazı davam etmək mümkün olmasa birinci səfdə duran iqtida edən şəxs İmamı əvəz edərək camaat namazını davam etdirə bilər, amma namazın əvvəlindən namaza qoşulan şəxsin İmamı əvəz etməsi məkruhdur,
10-Camaat namazında iqtida edən şəxsin zikri hündürdən deməsi o həddə ki, İmam onun səsini eşidə, məkruhdur,
11-Kor olan şəxsin görmək qabiliyyətində heç bir olmayan şəxsə İmam dayanması məkruhdur. seyedhadi3.blogfa