Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi necə olmalıdır?


Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi

242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(1) (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(2) (yaxud yarımdan az və ya çox) verə bilərikmi?

Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(3) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.

(1) Çəkisi üç kiloqram olan bir ölçü
(2) Yəni 20.5 “sa”
(3) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq hesablanır.
Cənab Rəhbər Ayətullah Xameneinin fitvalarına əsasən.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter