Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda 2 məsələ
Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı haqda iki məsələ:
A) Fitrə zəkatının verildiyi qida məhsulu
232. Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir?
Cavab: Əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır.
B) Fitrə zəkatının miqdarı
233. Fitrənin miqdarı nə qədərdir? Cavab: Mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir.
Cənab Rəhbər Həzrət Ayətullah Xamenei həzrətlərinin fitvası əsasında.