Oruclu halda başı suya batırmağın hökmləri haqda yazın?
Oruc tutan halda Başı suya batırmaq
1. Əgər oruc tutmuş şəxs bilərəkdən başını tam suya batırsa vacib ehtiyata əsasən orucu batildir və bu orucun qəzasını yerinə yetirməlidir.
2. Başı suya batıran zaman bədənin suda olub-olmamasının məsələyə təsiri yoxdur, təkcə başın suya batması orucu batil edir.
3. Başın bir hissəsini suya batırıb çıxarıb, sonra o biri hissəsini batırıb çıxarsa oruc batil olmaz.
4. Əgər başı suya batırsa, amma tüklərindən bir hissəsi sudan bayırda qalsa oruc batil olmaz.
5. İnsan şübhə etsə ki, başı tam suya batıb yoxsa batmayıb, orucu düzgündür.
6. Əgər oruc tutan şəxs bilmədən suya düşsə və başı tam suya batsa, orucu batil olmaz. Amma dərhal başını sudan çıxarmalıdır. Əgər yaddan çıxarsa ki, orucdur və başını suya batırsa, orucu batil olmaz. Amma oruc olduğunu xatırlayan kimi dərhal başını sudan çıxarmalıdır.
7. Bir şəxs üzgüçülük libası geyinsə, suya girəndə bədəni islanmasa, bu libas başına möhkəm yapışsa, orucunun düzgünlüyü iradlıdır, vacib ehtiyata əsasən bu orucun qəzasını yerinə yetirməlidir.
8. Qabdan başa su tökmək orucu pozmur. - vilayet.nur-az.com/az