Oruclu halda Yemək və içməyin hökmlərindən yazın?


Yemək və içmək
1. İnsan bilərəkdən, agahlıqla bir şey yesə və ya içsə onun orucu batil olar. Onun yediyi və ya içdiyi şeyin yeməli və ya içməli olması şərt deyil. Məsələn yeməli olmayan kağız parçası da yesə orucu batildir.

2. İnsan dişlərinin arasında qalmış bir şeyi oruc olduğu zaman bilərəkdən udsa orucu batildir. Amma dişlərinin arasında bir şey qaldığını bilmirsə, həmin şeyin boğazına çatacağını ehtimal etmirsə bilməyərəkdən udsa orucu batil olmaz.

3. İnsan bilmədən bir şey yesə və ya içsə orucu batil olmaz. Onun vacib və ya müstəhəb oruc tutması şərt deyil.

4. Ağız suyunu udmaq orucu batil etmir.

5. Vacib ehtiyat budur ki, oruc tutan şəxs gücləndirici ampulların ineksiyasından (iynə vurdurmaqdan) çəkinsin. Eyni zamanda su köçürməkdən çəkinsin. Amma əzələyə vurulan, keyləşdirici iynənin, yaraya, cərrahiyyə yerinə dərman qoymağın eybi yoxdur.

6. Vacib ehtiyat budur ki, oruc tutan şəxs burun yolu və dilin altı ilə qəbul olunan narkotik maddələrdən çəkinsin.

7. Əgər yemək yediyi zaman başa düşsə ki, artıq sübh olub, ağzındakı tikəni çıxarmalıdır. Əgər bilərəkdən həmin tikəni udsa orucu batildir. (bilərəkdən orucu pozan şəxsin vəzifəsi barədə danışacağıq)

8. Baş və sinədən gələn bəlğəm, qatı maye nə qədər ki ağıza çatmayıb orucu batil etməz. Amma ağıza daxil olsa vacib ehtiyat budur ki, tüpürülsün.

9. Qan təzyiqinə qarşı həb qəbul etmək vacibdirsə oruc tutan şəxs həb qəbul edə bilər. Amma bu dərman orucu batil edir. Müalicə məqsədi ilə həb atmaq da yemək sayılır.

10. Damağdan gələn qan nə qədər ki udulmayıb orucu batil etməz. Əgər ağız suyuna qarışıb itsə onu udmağın eybi yoxdur. Ağız suyuna qarışıb itmiş qanı udmaq orucu batil etməz. Əgər insan şəkk edirsə ki, ağzındakı su qana qatışıb, yoxsa yox, onu udmağın eybi yoxdur, oruc pozulmur. -vilayet.nur-az.com/az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter