Orucun hökmlərindən 8 məsələ:


Orucun hökmlərindən 8 məsələ:
1- Orucun vacib olmasının birinci şərti həddi büluğa çatmaqdır, Sırf zəiflik üzündən bir nəfər tuta bilməsə onun qəzası boynunda qalır,

2-Yenicə həddi buluğa çatmış qızların həddi buluğ yaşı 9 yaş hicri qəməri tarixi ilə hesablanır, oruc vacib olan halda o günü oruc tutacaq, Amma orucu tutmaq gündüzlər onlara zərər yеtirsə və ya dözülməz vəziyyət yaratsa, onda onlara oruc açmağa icazə vеrilir.

3-Orucun nə zaman vacib olduğunu bilməyən şəxs elə həddi buluğ yaşından qəzasını tutmalıdır.

4-Zərər qorxusu gümanı ilə oruc tutmayan və ya orucunu pozan şəxsə fərz olunan halda ona qəzadan əlavə kəffarə də vacib olar.

5- Səfərə gеtmək üzrü ilə ramazan ayının orucunu tutmayan və üzrü növbəti ramazan ayına qədər davam еdən şəxsə təkcə qəza vacibdir və fidyə lazım dеyildir.

6-Oruclu halda irtimasi qüsl onun oruc olmasını unutması və yaddan çıxarması ucbatından olsa, onda oruc və qüslü düzgündür və orucunun qəzası vacib dеyildir.

7-Qadın xəstəlikləri oruc saatlarının hansı vaxtında olsa oruc batil olur.

8-Vacib oruc qəzası olan şəxsə müstəhəb oruc tutmağa icazə verilmir.

Həzrət Ayətullah Xamenei həzrətlərinin, İstiftaat kitabı , cild-1, 736-749 məsələlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter