Inanclı bir xanım içki içən bir bəylə ailə həyatı qura bilər?
Əgər həmin şəxs müslmandırsa, şəri baxımdan bəli, ailə qura bilər. Lakin məsələnin əxlaqi və psixoloji tərəfləri də vardır. İnanclı və möminə bir xanım gələcək həyatında onun içki içməsinin böyük sıxıntılar törədəcəyini də bilməlidir. Əgər onu haqq yola qaytaracağına ərinin pis vərdişlərdən uzaqlaşdıra biləcək qüdrətə malik olduğunu əmindirsə, bunun eybi yoxdur. Quran məhz ona görə buyurur ki, mömin kişilər möminə xanımlarla, möminə xanmlar isə mömin kişilərlə evlənsinlər. http://İmamzaman.az