Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi?
Bismillahir-rəhmanir-rəhim.
-Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma».
-Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» Nisa» surəsi, ayə 140.
-Peyğəmbər (s) buyurur: Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.
Yəni onlarla ünsiyyətdə olduqda insanın özü də fasiq olacaqdır.
- İmam Sadiq (ə) buyurub: Möminə yaraşmaz ki, günah olan məclisdə iştirak etsin, bir halda ki, günahın qarşısını ala bilmir.
Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:
1. Günah məclisində iştirak, günahda iştirak kimidir;
2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;
3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;
4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;
5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.
Allah sizə yar olsun. http://sual.nur-az.com