Cənab Rəhbərin baxışında Məbəsin hədəfləri nələrdir?
Besət hadisəsi sadəcə tarixi bir hadisə kimi xatırlanmır. Bu məsələni böyük, bəşər tarixinin əzəmətli məsələsi kimi yadda saxlamalıyıq. Bu xatirələr əslində unudulmaz bir dərsin təkrarıdır. Öncə İslam ümməti, siyasətçilər və alimlər, daha sonra bütün bəşəriyyət üçün böyük dərsdir. Məbəsin xatırlanması ibrətamiz bir hadisənin xatırlanmasıdır.
Biz müsəlmanlar qədrdan olmalıyıq. Besət hadisəsi barədə düşünməyimiz zəruridir. Düşünməli və dərs almalıyıq. Bu parlaq keçmişi öz problemli gələcəyimiz üçün məşələ çevirməliyik.
Həzrət Peyğəmbərin (s) besəti (peyğəmbərlik məqamına çatması) tövhidə dəvət idi. Tövhid sırf fəlsəfi və ideoloji nəzəriyyə deyil. Bu, insanlar üçün həyat tərzidir. Allahı öz həyatımıza hakim etməli, müxtəlif zorlu qolları həyatımızdan kəsib atmalıyıq və bu tövhiddir. Peyğəmbərimizin (s) əsas şüarı \"La ilahə illəllah\" olub. Bu bütün peyğəmbərlərin şüarıdır. Mənası budur ki, insanın həyatına, həyat tərzi seçiminə zalım güclər, şeytanlar müdaxilə etməməlidir. Bəşəriyyətin həyatı onlar üçün həvəsbazlıq vasitəsi olmamalıdır.
Əgər tövhid İslamdakı, peyğəmbərlərin buyuruğundakı həqiqi mənasında səhnəyə gəlsə bəşəriyyət həqiqi səadətə, dünya və axirət xoşbəxtliyinə çatar. Bu halda dünya həyatı da abad olar. Belə bir dünya insanın təkamülünə xidmətdədir. İslam baxışında dünya axirət üçün müqəddimə, körpüdür. İslam dünyanı rədd etmir. Dünya ləzzətləri çirkin sayılmır. İslam insanı bütün istedadlarını işə salmağa çağırır. Amma bu istedadlar mənəvi təkamül yolunda xidmət etməlidir. Belə olsa elə dünya həyatı da şirin olar, zülm, cəhalət və amansızlıq hakim olmaz. Bu çətin işdir və təlaşa ehtiyacı var. Peyğəmbər (s) ilk gündən bu təlaşı göstərdi.
Peyğəmbərin (s) besəti insanlar üçün yeni həyata başlanğıc idi. Mövcud şərait bu amalların gerçəkləşməsi üçün rahat deyildi. Həyat dözülməz şəkildə idi. Maddiyyata əsarət, heyvani meyillər, güc sahiblərinin zorakılığı, ayrı-seçkilik, fəsad, zülm, şəhvət bu dünyaya hakim olmuşdu. Vəziyyət təkcə Hicazda belə deyildi. Ərəbistanın ətrafındakı Sasani İranı və Rum imperatorluğu da bu çətinlikləri yaşayırdı.
Məbəs əslində risalət bayrağının göyə qaldırılmasıdır. Bu bəşəriyyət üçün misilsiz hadisədir. Məbəs elm və mərifət bayrağını qaldırdı. Besət \"iqrə\", yəni Allahın adı ilə oxu göstərişi ilə hərəkətə gəldi. O, hikmətlə yanaşı dəvət, tarix boyu bütün dünyaya həqiqətin yayılması ilə davam etdi. Besət həm də ədalət bayrağının qaldırılmasıdır. Möminlər, Allah bəndələri, bəşəriyyət arasında ədalət hakim olmalıdır. Besət həm də əxlaq bayrağının ucaldılmasıdır. Allah-Taala Peyğəmbərə müraciətlə, onu əxlaqın islahı üçün göndərdiyini buyurur. Yəni tarix boyu dünyanın bütün guşələrində insanların nəyə ehtiyacı olubsa o besətdə mövcuddur. Elm, mərifət, hikmət, mərhəmət, ədalət, fədakarlıq, bərabərlik kimi dəyərlər besətin mesajlarıdır. Sağlam həyat tərzi bu dəyərlərdən asılıdır. İslamda cihad zorakılıq və təcavüzlə mübarizədir. Bəziləri cihada rəğmən İslamı qılınc dini adlandırıb. Bu qərəzlidir. İslam şərait imkan verən yerdə sülhü müharibədən üstün tutur. Vilayet.nur-az.