İbrahim ibn Malik Əştərin İbn Ziyadla mübarizəsi haqda yazın?


Hicri təqvimi ilə 67-ci il, İbrahim ibn Malik ibn Əştər məlun İbn Ziyada qarşı çıxdı. Cənab Muxtar (r) Kufənin Seyidüş-şühədanın qatillərindən təmizlədiyi gün, İbrahim ibn Malik Əştər 12000 və ya başqa İbn Nümanın rəvayətinə əsasən 20000 - dən az nəfərlə İbn Ziyadla döyüşmək üçün Kufədən xaric oldu. Muxtar onu yola saldı.
İbrahimin odrusu, Mosulunu beş fərsəxliyində yerləşən Xazər nəhrinədək gedib oranı öz odusunun düşərgəsinə çevirdi. Abdullah düşərgəyə gəlib oranı otuz və ya həştad minlik ordu ilə ələ keçirib İbrahimlə döyüşə hazır oldu.
Səhəri döyüşün başlacağı gecə İbrahim ibn Malikin gözünə yuxu getmədi. O, bu kəlmələri öz qoşunu üçün təkrarlayırdı: \" Ey camaat! Dinin ənsasrı və Əmirəlmömininin (ə) şiələri sizsiniz!
O da Abdullah ibn Mərcanə - Hüseyn ibn Əlinin (ə) qatili! Odur ki, bir udum suyu Fatimeyi-Zəhranın (ə.s) oğluna qadağan etdi. Halbuki onun əhl-əyalı, uşaqları Susuzluqdan fəryad edirdi. O idi ki, Peyğəmbərin oğlunun qarsısın aldı və heç bir yerə getməyə qoymadı. Onun ətrafını sarıb susuz duqaqla şəhid etdilər, əhl-əyalını kənizlər kimi dəvələrə suvar edib Şama apardılar. And olsun Allaha! Bu məlunların Peyğəmbər (ə) övladlarına qarşı etdiklərini, fironçular bəni-israilə etməyib.” Sonra dua etdi: \" Ey Allah, bizə qələbəni nəsib et! Çünki biz Peyğəmbərin (s) Əhli-beytinin (ə) intiqamını almaq üçün qiyam etmişik. Sübh, ordunun müxtəlif cəhətlərini nəzərdən keçirib bayraqlara baxdı . Döyüş başladı. Nəhayət döyüş, bir neçə gün davam etdikdən və Abdullahın ordusu qaçdıqandan sonra hicri təqvimi ilə 67-ci ilin aşura günündə Abdullah İbrahim ibn Malik Əştər Nəx`inin əli ilə cəhənnəmə vasil oldu. Onun başını Muxtar üçün göndərdilər. (Fərəsanül-hica: c.2, s. 235-238 – Biharül-ənvar: c. 45, s. 384)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter