Peyğəmbərin (s) möcüzələrindən bir neçəsini yazın?
Peyğəmbərin (s) möcüzələri
Səmavi Qurani-məcid kitabı Peyğəmbərin (s) ölməz möcüzələrindən hesab olunur. Lakin ondan başqa o həzrətdən çoxlu möcüzələr müşahidə olunurdu ki, burada onlardan bəzilərinə işarə edirik:
1. Heyvanlarla danışmaq
2. Ölülərin dirilməsi, korların görməsi və xəstələrin şəfa tapması üçün etdiyi duaların qəbul olunması
3. Peyğəmbərin (s) bütün dilləri bilməsi və onun bütün dillərdə danışması
4. O həzrətin əlində kiçik daşlar təsbih deyirdi və elə bir şəkildə ki, camaat da onu eşidirdi.
5. Peyğəmbərin (s) günəş altında gölgəsi yox idi.
6. O həzrətin mübarək əli hansı yeməyə toxunsaydı o, bərəkətli olardı və çox sayda adamı doydurardı.
7. Allahın Rəsulu (s) ağzının suyunu bir quyuya atsaydı o quyu bərəkətlənib su ilə dolardı.
8. Allahın Rəsulu (s) yumşaq torpaqda yeriyərkən ayağının izi qalmazdı, lakin möhkəm daş üzərində yeriyərkən ayağının izi qalardı. (Həqqül-yəqin, s. 36)