Cənnət kimlərə vacib və kimlərə haram olacaq?
A) Cənnət onlara vacib olan kəslər.
1-Peyğəmbər (s):«Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm.»
2-Allahın Peyğəmbəri (s):«Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın.»
B) Cənnət onlara haram olan kəslər.
1-Qur’an: «Həqiqətən, Allaha şərik qoşana Allah-taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir.» Maidə, ayə 72
2-Hədis: Allahın Peyğəmbəri (s):«Üç şəxsə Cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə.»
3-Allahın Peyğəmbəri (s):«Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz.»
4-Allahın Peyğəmbəri (s):«Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-taala Cənnəti ona haram edər» .