Cənnətə daxil olmağın şərtləri hansılardır?


Cənnətə daxil olmağın şərtləri:
1- Quran:
«Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək.» Nisa, ayə 124 -
«Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik.» Məryəm, ayə 63.

2-Hədis:
Allahın Peyğəmbəri (s):«Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs.»
Allahın Peyğəmbəri (s):«Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?» Ərz etdilər: «Bəli, ey Allahın Rəsulu.» Peyğəmbər buyurdu:«Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin.»
Allahın Peyğəmbəri (s):«Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar.»
İmam Sadiq (ə):«Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-taala Cənnəti ona vacib edər: kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq.»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter