Qadının naməhrəm qarşısında musiqi oxumasının hökmü nədir?
Müctehidlərdən mərhum İmam Xomeyni (rizvanullahi təala əleyh), Ayətullah Bəhcət (quddəsə sirruh), Ayətullah Fazil Lənkərani (ələllahu məqaməh), Ayətullah Təbrizi (qəddəsəllahu nəfsəhu şərifə), hal-hazırda dünya həyatında qeyd də olan Təqlid Mərcəsi Ayətullah Sistani, Ayətullah Nuri Həmədani və Dünya Müsəlmanlarının Ali Rəhbəri İmam Xamenei cənablarının (Allah vücudlarını bəlalardan hifz etsin) nəzərləri belədir: “Xanımların (istər Hicablı istərsə də hicabsız xanımlar olsun fərqi yoxdur) naməhrəm qarşısında oxuduğu musiqi iki sürətdə haramdır:
(1- Ğina – səsi ağızda haram (ləhv və ləib) məclislərinə xas olan şəkildə titrətmək (zəngulə vurmaq) ilə olarsa.
(2- Əgər ləzzət almaq və riybə qəsdi daşıyarsa, həmçinin günaha düşmək qorxusu olarsa və şəhvəti təhrik edərsə ha belə fəsada səbəb olarsa.
Göründüyü kimi əgər qadının kişi xəylaqı qarşısında musiqi oxuması yuxarıda deyilən iki sürət kimi olmazsa bunun heç bir iradı yoxdur. erfan.ir