Əhli Sünnət kitabında İmam Əlinin (ə) bənzərsiz məqam və möcüzəsi!


İmam Əlidən (ə) belə rəvayət olunur: Əlini (ə) sevən bir qaradərili var idi ki, o həzrətin xəlifəliyi dövründə oğurluq etdi. Onu Əmirəl-Mömininin (ə) yanına gətirdilər. Əmirəl-Möminin (ə) ondan soruşdu: Oğurluq etmisən? Dedi: Bəli.
Onun bu bu əməlinə görə Əli ibn Əbi Talib (ə) onun əlini (barmağını) kəsdi. O qaradərili qul Əmirəl-Mömininin (ə) yanından qayıdarkən Səlman Farsi və İbnul Kərra adlı İmam Əlinin (ə) səhabələri ilə qarşılaşdı.
İbnul Kərra qaradərili quldan soruşdu: Sənin əlini kim kəsibdir?
Dedi: Mömininlərin əmiri! Peyğəmbərin Yeznəsi və Həzrət Zəhranın (ə) həyat yoldaşı!
İbnul Kərra dedi: O sənin əlini kəsib sən isə onu belə tərifləyirsən?
Qulam İbnul Kərranın cavabında belə dedi: Niyə tərifləməyim! Bir halda ki, mənim əlimi günahım əvəzində haqq yerə kəsdi və məni cəhənnəm odundan qurtardı.
Səlman Farsi qaradərilinin söz və imanını eşidirdi, olanları İmam Əliyə (ə) danışdı.
Əmirəl Mömininin (ə) qaradərili şiəsini çağırtdırdı, əlini kəsilmiş barmağının üstünə çəkdi, bir parça ilə bağladı və dua oxudu.

Ravi deyir: Göydən səs eşitdim ki, deyirdi: Qulamın əlinin üstündən Əbanı götürün. Elə ki, kəsik əlin üstündən örtüyü götürdük onun əli Allahın icazəsi və mərhəməti ilə öncəki sağlam vəziyyətinə qayıtmışdı. \"Təfsirul Kəbir kitabı\", cild: 21, səh: 89-90.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter